BRİTANİYA ƏFQANISTANLA BAĞLI HƏLL YOLLARI HAZIRLAMAQ ÜÇÜN BMT TŞ İLƏ DANIŞIQLAR APARIR

Böyük Britaniya Əfqanıstanda vəziyyətin həlli məqsədilə parametrləri razılaşdırmaq üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə danışıqlar aparır.

Bu barədə Birləşmiş Krallığın Xarici İşlər naziri Dominik Raab “The Daily Telegraph” qəzetində yazıb.

Nazir bildirib: “İrəliləyiş ilə bağlı bəzi parametrləri razılaşdırmaq üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə (Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Fransa) təzyiq göstəririk. Hindistan və Pakistan kimi vacib regional tərəfdaşlarla birlikdə işləyirik”.