“Zara” və “Bershka” brendlərinin sahibi olan İspaniyanın “Inditex” şirkəti Rusiya ərazisində fəaliyyətini müvəqqəti dayandırır.
Bu barədə şirkətin bəyanatında deyilir.
Qeyd olunur ki, qərar Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə əlaqədar verilib.
Qərara əsasən, Rusiyada şirkətə məxsus 502 mağaza, o cümlədən 86 “Zara” mağazası və onlayn ticarət işini dayandırır.
Qeyd edək ki, ispaniyalı iş adamı Amansio Orteqanın təsis etdiyi “Inditex” “Zara”, “Pull&Bear”, “Massimo Dutti”, “Bershka”, “Stradivarius” və “Oysho” kimi brendlərin sahibidir.