BQXK LAÇIN YOLU İLƏ 15 XƏSTƏNİ XANKƏNDİDƏN ERMƏNİSTANA APARIB

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tibbi ehtiyacları olan şəxslərin Laçın-Xankəndi yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib.

“Sputnik Armenia”yanın yaydığı məlumata görə, BQXK-ya məxsus tibbi yardım maşınları Qarabağdan Laçın sərhəd buraxılış məntəqəsindən keçməklə 15 xəstəni Ermənistana aparıb. Eyni zamanda, Ermənistana müalicəyə göndərilmiş 16 nəfər bu gün BQXK-in müşayiəti ilə Xankəndiyə qaytarılacaq.

Qeyd edək ki, Ermənistan tərəfi dəfələrlə, xüsuilə də Laçın postunda Azərbaycan hərbiçisinin ağır ayaralanması ilə nəticəlnən təxribatlarından sonra rəsmi Bakının qərarı ilə keçid məntəqəsinin bağlanması ilə bağlı qərarından sonra Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürürlər. Buna baxmayaraq, ərazidə baş verənlər onu göstərir ki, bəzi dairələrin iddia etdiyinin əksinə olaraq yol humanitar məqsədlər üçün bağlı deyil.