
Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7,6-cı kilometrlik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması mayın 17-si səhər saat 07:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.