BÖYÜK QAYIDIŞA DAİR II DÖVLƏT PROQRAMININ LAYİHƏSİ PREZİDENT İLHAM ƏLİYEVƏ TƏQDİM OLUNUB

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının hazırda uğurla icrası davam edir.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, yeni çağırışları və hədəfləri əhatə edəcək “2027-2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının” layihəsi hazırlanıb, İqtisadi Şurada müzakirə olunub:

“Hər iki sənədin layihəsi hökumət tərəfindən artıq Prezident İlham Əliyevə təqdim olunub”.