Milli Hidrometeorologiya Xidmətinin avqustun 17-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin avqustun 16-da günün ikinci yarısında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahdağ və Xaltanda 2 millimetrədək olub.
Gözlənildiyi kimi, avqust ayının birinci yarısına nisbətən havanın temperaturu bir neçə dərəcə enərək Abşeron yarımadasında 33-37° olub. Ən yüksək temperatur isə Şərur və Culfada qeydə alınıb və 40°-dək isti olub.