Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni rəhbərinin adı məlum olub.
Keçmiş maliyyə naziri Rişi Sunak partiyaya rəhbərlik edəcək. Onun yeganə rəqibi Penni Mordont sədrlik üçün mübarizə aparmayacağını elan edib.
Beləliklə, R.Sunak yaxın günlərdə Mühafizəkarlar partiyasının sədri qismində Böyük Britaniyanın baş naziri qismində fəaliyyətə başlayacaq.
O, bu vəzifədə ötən həftə istefa vermiş Liz Trassı əvəz edəcək.
Xatırladaq ki, Rişi Sunak Boris Conson hökumətində maliyyə naziri işləyib.