Leyboristlər Partiyasının lideri Keir Starmer Kral III Çarzla görüşdən sonra rəsmi olaraq Böyük Britaniyanın yeni Baş naziri olub.
Britaniyadakı formal prosesə əsasən keçmiş Baş nazir Rişi Sunak bu gün istefasını Kral III Çarlza təqdim edib. Daha sonra Keir Starmer Kral III Çarlzla görüşüb və kabineti formalaşdırmaq mandatı alaraq, Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, parlament seçkilərində üstünlük qazanmaq istəyən partiyaya ən azı 326 yer lazım idi. Leyboristlər Partiyası hazırda parlamentdə 412 yerə sahibdir. Sadəcə iki seçki dairəsinin nəticələri açıqlanmayıb. İndiki nəticələrə görə, Mühafizəkarlar Partiyası parlamentdə 121 yer qazanıb. Bununla da Britaniyada Mühafizəkarların 14 illik hakimiyyətinə son qoyulub.