BÖYÜK BRİTANİYANIN KEÇMİŞ SƏFİRİ: AZƏRBAYCANIN TÜRKİYƏDƏ ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKƏNLƏRƏ GÖSTƏRDİYİ YARDIMA HEYRAN QALMIŞAM

Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp Azərbaycanın sarsıdıcı zəlzələyə məruz qalmış Türkiyəyə göstərdiyi yardıma heyran qaldığını bildirib.

Bu barədə keçmiş səfir tviter səhifəsində paylaşım edib.

“Azərbaycan dövlətinin və xalqının Türkiyə xalqına bu çətin zamanda göstərdiyi yardıma heyran qaldım”, – paylaşımda deyilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Xeyli sayda insan həlak olub və yaralanıb.