BÖYÜK BRİTANİYANIN BAŞ NAZİRİ İSTEFA VERİB

Böyük Britaniyanın baş naziri Liz Trass istefa verib.

Bu barədə baş nazir özü açıqlama verib.

Son bir həftə ərzində L.Trass hökumətindən bir neçə nazir istefa verdiyini açıqlamışdı.

Xatırladaq ki, Liz Trass Boris Conson istefa verdikdən sonra sentyabrın əvvəllərində baş nazir seçilmişdi.

O, baş nazir vəzifəsində 45 gün fəaliyyət göstərib.