Böyük Britaniyanın Azərbaycandakı səfirliyi özünün “X” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Oksfordda “Avropa Siyasi Birliyi”nin sammitində iştirakı ilə bağlı paylaşım edib.
“Kral Prezident İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin liderlərinin sammitində salamlayıb. Hər şeyin təzəsi, dostun köhnəsi”, – paylaşımda deyilir.