BÖYÜK BRİTANİYANIN AZƏRBAYCANA YENİ SƏFİRİ TƏYİN OLUNUB

Böyük Britaniyanın Azərbaycana yeni səfiri təyin olunub.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat verir.

Qeyd olunur ki, bu vəzifəyə Ferqus Old təyin edilib. O, vəzifənin icrasına 2022-ci ilin avqustunda başlayacaq.

F.Old bu vəzifədə Ceyms Şarpı əvəz edəcək.