Böyük Britaniyada koronavirusa yoluxmada artım baş verib.
Son rəqəmlərə görə, 20 min 479 nəfər koronavirusa yoluxub, 23 nəfər isə həyatını itirib. 35 mindən çox nəfərdə isə koronavirusun təhlükəli ştamı olan Delta variantına rast gəlinib.
Yoluxma artan bölgələrdə 375 mindən çox şagird evdən təhsil sisteminə yönləndirilib.
Bununla bərabər Krallıqda 44 milyon nəfərə koronavirusun 1-ci dozası, 32 milyon nəfərə isə 2-ci dozası vurulub.