Böyük Britaniya Azərbaycanı vaksin sertifikatının olması təqdirində ölkəyə giriş hüququ olan ölkələr sırasına daxil edəcək.
Bu barədə Böyük Britaniya səfiriliyi məlumat verir.
Qeyd olunur ki, Azərbaycan bu siyahıya noyabrın 1-dən daxil olunacaq.
Hazırda Böyük Britaniya “Oxford/AstraZeneca”, “Pfizer BioNTech”, “Moderna” və “Janssen” vaksinlərinin hər iki dozası peyvəndlənmiş şəxslərin vaksin pasportlarını qəbul edir.
Qaydalara əsasən, vaksinin ikinci dozasının qəbulundan 14 gündən az olmyaraq vaxt keçməlidir.