BÖYÜK BRİTANİYA MİNATƏMİZLƏMƏ SAHƏSİNDƏ AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏCƏK

Böyük Britaniya minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyinin Partlayıcı maddələrlə mübarizə idarəsinin rəisi Bert Eplton Ağdamda “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib.

“Təlimlərimiz uğurla davam edir. Minatəmizləmə sahəsində əməkdaşlığımızı davam etdirəcəyik. Böyük Britaniyadan mütəxəssislər dəvət olunacaq. Həmçinin minatəmizləmə prosesinə qadın istehkamçıların da cəlb edilməsini dəstəkləyirik”, – deyə o diqqətə çatdırıb.