BOSNİYA VƏ HERSEQOVİNADA ZƏLZƏLƏ OLUB

Bosniya və Herseqovinada 3,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanın episentri ölkədəki iki inzibati vahiddən biri olan Bosniya və Herseqovina Federasiyasının Zenitsa bölgəsindən 21 kilometr şimalda olub. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

İlkin yoxlamalara görə, insan tələfatı və dağıntı olmayıb.