
Böyük Britaniya baş naziri Boris Conson vəzifədən istefa verdiyini elan edib.
Mətbuat qarşısında çıxış edən B.Conson yeni hökumət başçısı təyin olunana qədər vəzifə səlahiyyətlərini icra edəcəyini bildirib.
Xatırladaq ki, son bir neçə gün ərzində Conson hökumətindən 50-dən çox nazir və digər səlahiyyətli şəxs istefa verib.