BMT TƏHLÜKƏSİZLİK ŞURASININ UKRAYNADAKI VƏZİYYƏTLƏ BAĞLI İCLASI ÇAĞIRILIB

Böyük Britaniya, ABŞ, Fransa, Albaniya, İrlandiya və Norveç Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin “Twitter” hesabında dərc olunan məlumatında deyilir.

Məlumata görə, BMT Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətə dair iclası martın 17-də Nyu-York vaxtı ilə günün ikinci yarısına planlaşdırılıb.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb. BMT-nin qaçqınların işi üzrə Ali komissarı Filippo Qrandi müharibənin başladığı gündən bu yana 5 milyondan çox ukraynalının öz evini tərk etmək məcburiyyətində qaldığını bildirib.