BMT Təhlükəsizlik Şurası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Koreya Xalq Demokratik Respublikasına (KXDR) çadırların idxalına icazə verən sanksiyaların müvəqqəti ləğvini təsdiqləyib.
“interfax.ru” xəbər verir ki, sanksiyalardan azad olunma 9 ay müddətində qüvvədə olacaq. Lakin malların KXDR-ə nə vaxt çatdırılacağı bəlli deyil, çünki Pxenyan hələ də COVID-19 pandemiyası səbəbindən çox ciddi sərhəd nəzarətinə malikdir.