BMT-NİN REZİDENT ƏLAQƏLƏNDİRİCİSİ TƏRTƏRDƏKİ MİNA PARTLAYIŞI İLƏ BAĞLI PAYLAŞIM EDİB

Tərtərdə 3 nəfərin faciəvi şəkildə həlak olması ilə nəticələnən mina partlayışı xəbəri məni dərindən kədərləndirdi.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “twitter” hesabında qeyd edib.

“Tərtərdə 3 nəfərin faciəvi şəkildə həlak olması ilə nəticələnən mina partlayışı xəbəri məni dərindən kədərləndirdi. Fikirlərim onların ailələri və doğmalarının yanındadır. BMT-nin Azərbaycandakı Nümayəndəliyi gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Azərbaycanın minalarla mübarizə səylərini dəstəkləməyə sadiqdir”, – deyə paylaşımda bildirilib.

Xatırladaq ki, ötən gün Tərtərdə mina partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət İsmayıl oğlu (Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri) həlak olub.