BMT-NİN CENEVRƏDƏKİ OFİSİNDƏ “AZƏRBAYCAN” OTAĞI YARADILIB

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki ofisində “Azərbaycan” otağı yaradılıb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov otağın açılış mərasimində iştirak edəcək.

Xatırladaq ki, sentyabrın 11-də nazir Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.