BMT-İN ƏTRAF MÜHİT PROQRAMININ EKSPERTLƏRİ QARABAĞA SƏFƏR EDİBLƏR

BMT-in Ətraf Mühit Proqramının ekspertləri Qarabağa səfər ediblər.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov öz “Twitter” səhifəsində yazıb.

“Səfər zamanı ekspertlərə bölgənin ekoloji vəziyyəti göstərildi və gələcək inkişaf planı haqqında məlumat verilib”, – E.Hüseynov yazıb.

Qeyd edək ki, ötən gün BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri də Ağdama və Füzuliyə səfər ediblər.