BMT BAŞ ASSAMBLEYASININ SƏDRİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT EDİB

BMT Baş Assambleyasının sədri Volkan Bozkır Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.
Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər.
Daha sonra Şəhidlər Xiayabanında “Əbədi məşəl” kompleksinə və şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub.