BMT BAŞ ASSAMBLEYASI QƏZZA ZOLAĞINDA DƏRHAL ATƏŞKƏS TƏLƏB EDƏN QƏTNAMƏ QƏBUL EDİB

BMT Baş Assambleyası Qəzza zolağında dərhal, qeyd-şərtsiz və daimi atəşkəsə çağıran qətnamə qəbul edib.

Sənədi 149 ölkə, o cümlədən Azərbaycan dəstəkləyib, 12 ölkə əleyhinə səs verib, 19 nümayəndə heyəti bitərəf qalıb.

Sənəd Baş Assambleyanın cümə axşamı öz işini davam etdirən 10-cu fövqəladə sessiyası zamanı qəbul edilib.