BMT BAŞ ASSAMBLEYASI AZƏRBAYCANIN TƏŞƏBBÜSÜ VƏ 126 ÖLKƏNİN DƏSTƏYİ İLƏ VAKSİNLƏRLƏ BAĞLI QƏTNAMƏNİ QƏBUL EDİB

BMT Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin dəstəyi ilə COVID-19 vaksinlərinə ədalətli çıxış imkanı barədə qətnaməni qəbul edib.

Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi “Twitter” səhifəsində bildirib.

Qeyd olunub ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq COVID-19-la mübarizədə başçılığını davam etdirir.