BMT AZƏRBAYCAN İQTİSADİYYATININ PROQNOZLAŞDIRILAN ARTIM SƏVİYYƏSİNİ AÇIQLAYIB

2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımı 4 faiz, 2023-cü ildə isə 4,3 faiz səviyyəsində proqnozlaşdırılır.

Bu barədə BMT-nin “2022-ci ildə dünyada iqtisadi vəziyyət və perspektivlər” hesabatında qeyd edilir.

BMT-nin hesablamalarına əsasən, Azərbaycanın ÜDM-i 2021-ci ildə 4,9 faiz artım nümayiş etdirmişdi. 2020-ci ildə isə göstərici 4,3 faiz azalmışdı.

Hesabata əsasən, Azərbaycanda inflyasiya 2022-ci ildə 3,8 faiz, 2023-cü ildə isə 3,1 faiz səviyyəsində proqnozlaşdırılır.