BMT ƏFQANISTANDAN DAHA 120 İŞÇİNİ VƏ DİGƏRLƏRİNİ TƏXLİYƏ EDİB

BMT daha 120 işçisini və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Əfqanıstandan Qazaxıstana çıxarıb.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dücarrikin yaydığı mesajda deyilir.

“22 avqustda Əfqanıstandakı BMT, Kabildən Almatıya 120 nəfəri aparıb. Bu, son bir həftə ərzində ikinci uçuşdur. Sərnişinlər arasında BMT işçiləri və Əfqanıstanda BMT-nin tərəfdaşı olan bir neçə qeyri-hökumət təşkilatının üzvləri var”, – mesajda deyilir.