BİSERA TURKOVİÇ: QARABAĞ ƏRAZİSİ DÖYÜŞ MEYDANINDAN BÖYÜK YENİDƏNQURMA MƏKANINA ÇEVRİLİB

Çox sevindirici haldır ki, Qarabağ ərazisi döyüş meydanından böyük tikinti və yenidənqurma məkanına çevrilib.

Bunu Azərbaycana səfərə gələn Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və ölkəsinin parlamenti bununla bağlı qətnamə qəbul edib: “Azərbaycan da Bosniya və Herseqovinanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”, – deyə nazir bildirib.