BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN VİTSE-PREZİDENTİ, BAŞ NAZİRİN MÜAVİNİ, PREZİDENT İŞLƏRİ NAZİRİ PREZİDENT İLHAM ƏLİYEVƏ BAŞSAĞLIĞI VERİB

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

“Möhtərəm cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Bu faciəvi hadisə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını diləyirik”.