BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA SƏMƏRQƏNDDƏ TƏŞKİL OLUNAN ŞAM YEMƏYİNDƏ İŞTİRAK EDİB

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının Birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğan və Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə təşkil olunan şam yeməyində iştirak ediblər.