BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA: VƏTƏN UĞRUNDA HƏLAK OLMUŞ QƏHRƏMANLARIMIZIN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQDIR!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib.

Paylaşımda deyilir:

“Vətən uğrunda həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”