BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ MÜNASİBƏTİLƏ PAYLAŞIM EDİB

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram”.