BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA: UCA TANRI ÖLKƏMİZİ, XALQIMIZI VƏ BİZİM DOSTLARIMIZI QORUSUN!

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Yeni il münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Təbriklərinizə və xoş arzularınıza görə çox sağ olun! Biz də sizə ən səmimi təbriklərimizi çatdırırıq! Qoy üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Yeni ildə sizə möhkəm cansağlığı, arzularınızın çin olmasını, bol nur və sevgi diləyirik! Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!

Sevgilərlə,
Sizin MEHRİBAN”