
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Türkiyənin Birinci xanımı Əminə Ərdoğanla görüşündən paylaşım edib.
Paylaşımda bildirilib:
“Əziz bacım Əminə Ərdoğanı Bakıda görməyimə şadam! Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Bizim birliyimiz, bizim gücümüz məhz bundadır! Uca Tanrı xalqlarımızı qorusun!”
