BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA: TÜRKİYƏ XALQININ KƏDƏRİ BİZİM KƏDƏRİMİZDİR

Birinci vitse-prezident Mehriban Əliyeva güclü meşə yanğınları və onların törətdiyi fəsadlarla bağlı Türkiyə xalqına başsağlığı verib.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında edilən paylaşımda deyilir:

“Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”