BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA “SEA BREEZE” İSTİRAHƏT MƏRKƏZİNDƏ LANDAU MƏKTƏBİNİN VƏ “THE GRAND” APART HOTELİNİN AÇILIŞINDAN GÖRÜNTÜLƏR PAYLAŞIB

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında avqustun 28-də Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışından görüntülər paylaşıb.

Qeyd edək ki, avqustun 28-də Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.