BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA SƏİD NƏCƏFZADƏNİ TƏBRİK EDİB

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Paraatlet Səid Nəcəfzadəni qızıl medal qazanması münasibətilə təbrik edib.

Paylaşımda deyilir:

“Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!”

Birinci vitse-prezident Mehriban Əliyeva Səid Nəcəfzadəni təbrik etdi (FOTO)