BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA RAMAZAN AYI İLƏ BAĞLI PAYLAŞIM EDİB

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Ramazan ayının başlanması münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!”.