BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA RƏSMİ İNSTAQRAM HESABINDA FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ PAYLAŞIM EDİB

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında 9 May – faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Əziz veteranlar!

Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm can sağlığı, ölkəmizə sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!”