
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Prezident İlham Əliyevlə Ağdərə rayonuna səfərdən görüntülər paylaşıb.
Paylaşımda deyilir:
“Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!”.