BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA PASXA BAYRAMI İLƏ BAĞLI PAYLAŞIM EDİB

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi “Instagram” hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib.

Paylaşımı təqdim edirik:

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!”.