BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA PARALİMPİYA OYUNLARINDA QIZIL MEDAL QAZANAN ORXAN ASLANOVU TƏBRİK EDİB

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Orxan Aslanovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

“Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”.