BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA PARALİMPİYA OYUNLARINDA BÜRÜNC MEDAL QAZANAN VƏLİ İSRAFİLOVU TƏBRİK EDİB

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan paraüzgüçüsü Vəli İsrafilovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.

“Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

Xatırladaq ki, Vəli İsrafilov SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında qüvvəsini sınayıb. O, 1:05:35 dəqiqə nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.