BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA PARALİMPİYA OYUNLARINDA BÜRÜNC MEDAL QAZANAN RAMAN SALEYİ TƏBRİK EDİB

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycanın paraüzgüçüsü Raman Saleyin Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.

“Raman Saleyin növbəti qələbəsi! Bürünc medal! İdmançımızın əldə etdiyi medallar məharətin, güclü iradənin və qələbə əzminin layiqli mükafatıdır! Paraüzgüçünü səmimi-qəlbdən təbrik edir, ona yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.