BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA ÖZBƏKİSTANIN SƏMƏRQƏND ŞƏHƏRİNDƏN PAYLAŞIM EDİB

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Özbəkistanın Səmərqənd şəhərindən paylaşım edib.
Paylaşımı təqdim edirik: “10.11.2022. Gözəl Səmərqəndin gecə mənzərəsi! Qədim və gənc şəhər. Qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram!”.