BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA OĞLU HEYDƏR ƏLİYEVİN TOYU İLƏ BAĞLI PAYLAŞIM EDİB

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında oğlu Heydər Əliyevin toyu ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan Sevgi və Hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun!”