BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA MÜSTƏQİLLİK GÜNÜ İLƏ ƏLAQƏDAR PAYLAŞIM EDİB

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında 28 May – Müstəqillik Günü ilə əlaqədar paylaşım edib.

Paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun!

Uca Tanrı Vətənimizi qorusun!”

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə əlaqədar paylaşım edib (FOTO)