BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA FATMA SƏTTAROVANI 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında etdiyi paylaşımda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib.

Paylaşımda deyilir:

“Əziz Fatma xanım!

Sizi 100 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə ən xoş arzularımı çatdırıram! Sizin parlaq şəxsiyyətiniz və həyat yolunuz heyranlıq doğurur! Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik! Uca Tanrı Sizə bundan sonra da tükənməz enerji, gümrahlıq və nikbinlik dolu neçə-neçə illər bəxş etsin. Bu əlamətdar gündə Sizə və doğmalarınıza möhkəm cansağlığı, nurlu, xoş günlər və səadət arzulayıram!

Dərin hörmətlə,
Mehriban”