Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Ermənistanın törətdiyi təxribatla bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı Vətənimizi qorusun!”