BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA: BAKI VƏ AZƏRBAYCAN YEPARXİYASININ ARXİYEPİSKOPU, ZATİ-MÜQƏDDƏSLƏRİ ALEKSANDR SƏMİMİ, MEHRİBAN, GENİŞÜRƏKLİ İNSAN İDİ (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfat etməsilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi. Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!”